Baku TV KATV1-də yayıma başladı

Baku TV daha bir kabel televiziyasında yayıma başladı.
BAKU.WS xəbər verir ki, 2018-ci ildən internet kanalı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən KATV1 abunəçiləri də izləyə biləcək. Bunun üçün abunəçilər axtarış bölməsindən Baku TV-ni taparaq, seçilmişlər siyahısına əlavə etməlidir.
Ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə çatdıran xəbər kanalı hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş kontent təqdim edir.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Baku TV-yə Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Kanal ilk olaraq Connect TV-də yayımlanıb.
Oxşar xəbərlər
Baku TV artıq “Connect TV”də
Baku TV kabel televiziyasında yayıma başladı. Platforma yayımçısı lisenziyası alan Baku TV-ni artıq “Connect TV” abunəçiləri izləyə bilər. Ötən ay Baku TV-yə Au...
