Baku TV artıq “Connect TV”də

Baku TV artıq “Connect TV”də
Sosial 135

Baku TV kabel televiziyasında yayıma başladı. Platforma yayımçısı lisenziyası alan Baku TV-ni artıq “Connect TV” abunəçiləri izləyə bilər.

Ötən ay Baku TV-yə Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verildi.

Bu lisenziyaya əsasən, internet kanal kabel televiziyalarında da yayımlanmaq imkanı əldə etdi. Kanalın ilk yayımlanacağı kabel televiziyası isə “Connect TV” oldu.

Tezliklə digər kabel televiziyaları abunəçiləri də Baku TV-ni izləyə biləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər