Bakını ilanlar basıb? - 27 nəfəri ilan sancıb - RƏSMİ AÇIQLAMA
07
avq
2018
16:15
Yay mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya ediliblər. BAKU.WS xəbər verir ki, bu statistik göstəricilər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının açıqladığı məlumatda qeyd olunub.Bildiyimiz kimi, yay ayları girəndən Bakıda ilanların çoxalması ictimaiyyəti narahat edən mövzulardan biridir. İyun ayında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 ünvanında 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və 5 yaşlı oğlu eyvana çıxmaq istəyərkən qəfil uzunluğu təxminən 1 metrdən çox olan ilanla qarşılamışdı. İyul ayında müğənni Emma Ələkbərzadə Bakı Bulvarında sürünən iki ilanın görüntülərini paylaşmışdı. Dünən isə, Bakının mərkəzində - məşhur "Torqovi" meydanında sürünən ilan insanları vahiməyə salmışdı.Bu hələ mediada əks olunan faktlardı. Bu 3 fakt onu göstərir ki, həqiqətən də, paytaxtda ilanların sayı çoxalıb və həyəcan sinqalı çalmağın zamanı yetişib. Müvafiq qurumlar məsələnin ciddiliyini diqqətdən qaçırmamalıdır.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Emma Ələkbərzadənin paylaşdığı video rəsmi qurumları hərəkətə gətirdi - VİDEO
Müğənnisi Emma Ələkbərzadənin bakılıları vahiməyə salan videosu rəsmi qurumları hərəkətə gətirib.Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov BAKU.W...