Bakıda yaşayış binasına ilanlar daraşıb - sakinlər təşvişdə - VİDEO

Bakıda yaşayış binasına ilanlar daraşıb - sakinlər təşvişdə - VİDEO
Video
Sosial 6149
Şəhərin mərkəzində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində qəfil ortaya çıxan ilan, ev sahibini təşvişə salıb. Hazırda mənzildə yaşayanlar ilanın olması səbəbindən eyvana çıxa bilmirlər.BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 da baş verib. 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və 5 yaşlı oğlu eyvana çıxmaq istəyərkən qəfil uzunluğu təxminən 1 metrdən çox olan ilanla qarşılaşıblar. Görüntülərdən də aydın olur ki, ilan sağdır. Hadisə şahidləri ilk dəfədir mənzillərində ilan gördüklərini bildirirlər.Ev sahibi deyir ki, ilan bir neçə gün eyvanda qalıb. Sonra isə ilan eyvandakı yuvasına girib. Ev sahibi yuvanın üzərinə suvaq vurub ki, ilan oradan çıxmasın. Ancaq buna baxmayaraq hələ də, mənzildə olanlar qorxularından eyvana çıxa bilmirlər.Görüntülərlə tanış olan Milli Elmlər Akademiyasının Zoologiya İnsitutunun əməkdaşı Səbinə Bünyatova "Xəzər Xəbər"ə bildirdi ki, görüntüdəki ilan "zeytuni təlxə" növündəndir və zəhərsiz olduğundan heç bir təhlükəsi yoxdur. Sadəcə yaşayış binası köhnə olduğu üçün, üstəlik belə ilanlar binalarda kərtənkələ ilə qidalandığı üçün tez-tez ortaya çıxır. Səbinə Bünyatova qeyd etdi ki, belə vəziyyətdə ev sahibi mütəxəssislərə müraciət edib ilanı eyvandan uzaqlaşdıra bilər.BAKU.WS

Oxşar xəbərlər

Efirdə rəqqasə Renkanı ilan boğdu (VİDEO)

Efirdə rəqqasə Renkanı ilan boğdu (VİDEO)

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı rəqqasə Renka olub.Oriental rəqs etmək üçün ilanla efirə gələn rəqqasə olduqca çətin anlar yaşayıb.Belə ki, r...

10561 Şou-biznes 12:26 13 aprel 2018

Son xəbərlər