Azərbaycanda böyük Qafqaz gürzəsi öldürülüb - FOTO

Azərbaycanda böyük Qafqaz gürzəsi öldürülüb - FOTO
Hadisə 7766

 

Ağsu rayonunda böyük ilan öldürülüb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verib.

Heyvandarlıqla məşğul olan kənd sakinləri sahədə qəribə səs eşidiblər. Səs istiqamətinə yollanan sakinlər sahədə böyük ilanla qarşılaşıblar. Ən zəhərli ilanlardan hesab edilən gürzə ilanını ağacla öldürmək mümkün olmayıb. Çarəsiz qalan sakinlər ilanı ov tüfəngi ilə öldürüblər.

Öldürülən ilan Qafqaz gürzəsidir. Gürzənin uzunluğu 2 metr 60 santimetr olub.

Sakinlər bildirib ki, bu növ ilanlar son günlər Bico kəndinin ərazisinə yayılıb. Son bir ayda kənd ərazisində 20-dən artıq gürzə öldürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Ağsuda ayı sakinlərə hücum edib

Ağsuda ayı sakinlərə hücum edib

Ağsu rayonunda ayı kənd sakinlərinə və mal-qaraya hücum edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Dilman kəndi ərazisindəki taxıl...

1662 Hadisə 18:33 18 iyul 2017

Son xəbərlər