Ağsuda ayı sakinlərə hücum edib

Ağsuda ayı sakinlərə hücum edib
Hadisə 1662
 

Ağsu rayonunda ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Dilman kəndi ərazisindəki taxıl sahəsində baş verib.

Kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov özlərinə məxsus 4 baş iribuynuzlu heyvanı gecə saatlarında biçilmiş taxıl sahəsində otararkən qəflətən ayının hücumuna məruz qalıblar.

Kənd sakinləri qaça bilsə də, ayı otlaqdakı iki inəyi parçalayıb, ikisini isə ağır yaralayıb.

Hazırda yaralı heyvanlar baytar nəzarətindədir.

Dağlıq ərazidə yerləşən Dilman kəndin sakinləri mal-qaranın tez-tez ayı, canavar, çaqqalların hücumuna məruz qaldığını bildiriblər.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda canavarlar kəndə hücum etdi

Azərbaycanda canavarlar kəndə hücum etdi

Ağstafa rayonunda canavarlar kəndə hücum edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndində baş verib. Gecə saatlarında kəndə daxil...

1597 Hadisə 18:52 17 iyul 2017

Son xəbərlər