İsmayıllıda canavarlar kəndə hücum etdi: Yaralı var (VİDEO/FOTO)
İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.
BAKU.WS Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında kənd sakini Sahib Məmmədov mal-qaranı naxırdan gətirən zaman baş verib. Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan S.Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb. Hadisə zamanı 6 baş qoyun tələf olub. Xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.
Hadisə zamanı xəsarət alan S.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi və ilkin tibbi yardımından sonra evə buraxılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bağçaya hücum edən ayının görüntüsü yayıldı (VİDEO)
Ötən gün axşam saatlarında ayı Oğuzun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən kəndə hücum edib. BAKU.WS Kanal S-ə istinadən (Region TV) xəbər verir...