Canavar sürüsü Göyçayda kəndə hücum edib – FOTO

09
fev
2017
23:01
Göyçay rayonunda xırdabuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-nu tələf edib, 16-nı isə yaralayıb.
Yaralanan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılıb.
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez kəndlərə soxularaq fərdi təsərrüfatlara zərər vururlar.
BAKU.WS



Oxşar xəbərlər
Azərbaycanda canavar sürüsü kəndə hücum edib
Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib. "Report"un məlumatına görə, hadisə gecə saatlarında Məşədiqaralar kənd sakini Abuzər Hüseynova məxsus təsə...
