Azərbaycanda qaz idarəsinin işçiləri döyüldü (FOTO)
Cəlilabad rayonunda qaz istismar sahəsinin işçiləri borclu abonentlərin hücumuna məruz qalıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənddə borclu abonentləri qaz xətləri kəsilən zaman bir neçə yerli sakin idarənin qaynaqçısını döyüb. Bu vaxt kənd sakinlərini ayırmağa çalışan digər işçilərə də hücum olub. Nəticədə Qaz İstismar Sahəsinin 3 əməkdaşı müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə də məlumat verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda “Azəriqaz”ın işçisini qaz açarı ilə döydülər (FOTO)
Bakıda "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Suraxanı...