Ermənilərin Qarabağdan böyük köçü başladı (VİDEO)
Qarabağda atəşkəs əldə edildikdən sonra xarici jurnalistlər təmas xəttinə yollanıb.
BAKU.WS-in məlumatına görə, Qarabağın işğal olunmuş Talış kəndində olan olan jurnalistlər sakinlərlə söhbət edib. Dağlıq Qarabağın ən şimal nöqtəsi sayılan Talışın yüksəklikləri Azərbaycanda olduğu halda, kənd ermənilərin nəzarətindədir. Sözügedən kənddə qalan sakinlər isə əşyalarını toplayaraq kəndi tələsik tərk edir.
Füzuli və Ağdam rayonlarının işğal olunmuş ərazilərində yaşayan ermənilərlə də söhbət aparan jurnalistlər gördüklərini dünyaya çatdırıb. Sakinlər cəbhə xəttindəki vəziyyətin normallaşacağına inanmadıqlarını və kəndləri tərk edəcəklərini bildiriblər. Bu səfər zamanı ermənilərin kəndləri necə tərk etdiyi tam aydın görünür.
Talışı tərk edən 60 yaşlı Elmir Baqiryan bildirir ki, evindəki bütün əşyaları Xankəndiyə daşıyır. Onun sözlərinə görə, kənddə yaşamaq sakinlər üçün çətindir. Kənd icra nümayəndəsi Vilen Petrosyan bildirir ki, Talışda döyüşlər başlayan qədər 600-dən çox insan yaşayırdı. Onun sözlərinə görə, hazırda cəmi 50 nəfər qalıb, onlar da artıq kənddən çıxır.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər vahimə içində Qarabağı boşaldır (VİDEO)
Ermənilər Ağdərə və ətraf kəndləri boşaltmaqda davam edir. BAKU.WS-in məlumatına görə, sözügedən ərazidə çəkiliş aparan rus jurnalistlər sakinlərin yük maşınl...