Ermənilər işğal altında olan Ağdərəni tərk edib

Ermənilər işğal altında olan Ağdərəni tərk edib
Hadisə 2373

İşğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa bütün mülki əhali yaşayış yerlərini tərk edib. Son hadisələrdə Ermənistan ordusunun 200-ə qədər hərbçisi ölüb və yaralanıb

APA-nın beynəlxalq mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etmələrinin qarşısı almaq məqsədi ilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Rayonu tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilirlər.   

Digər məlumatlara görə isə son hadisələrdə Ermənistan ordusunun 200-ə qədər hərbçisi ölüb və yaralanıb. Ermənistanın hərbi rəhbərliyi itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlayır. 

Sosial şəbəkələrdə isə orduda xidmət edənlərin ailə üzvlərinin Ermənistan Müdafiə Nazirliyinin və hərbi komissarlıqlarının qarşısına toplanmış çoxlu sayda  şəkilləri yayılıb. Onlar övladlarının taleyi barədə məlumat almaq üçün artıq iki sutkaya yaxındır ki, gözlədiklərini, lakin heç bir cavab ala bilmədiklərini yazırlar. 

BAKU.WS

Son xəbərlər