Bakının polşalı baş memarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək
Polşalı memar Yuzef Qoslavskinin xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq.
“Report” Polşa səfirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi ilə Polşanın Bakıdakı səfirliyi arasında razılaşma əldə olunub.
“Polşanın Bakıdakı səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyi arasında Polşa memarı Yuzef Qoslavskinin (1865-1904) xatirəsinə həsr olunmuş sərginin təşkili ilə bağlı razılaşma imzalanıb. Muzeydə səfir Rafal Poborski Azərbaycan tarixinə dair yeni açılmış daimi sərgiyə də baxıb”.
Qeyd edək ki, Yuzef Qoslavski 1892-ci ildə Bakı şəhərinin baş memarı vəzifəsinə təyin olunub. Baş memarın yaradıcılığı şəhərin inkişafında dönüş nöqtəsi olub. O, küçə və məhəllələrin abad edilməsinə geniş təsir göstərib və nəhayət, Bakıya əsl Şərqi Avropa şəhərinə xas olan incə zövq, keyfiyyət və səciyyəvi xüsusiyyətlər verib. Alim 1904-cü ildən Bakıda vəfat edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə Polşanın paytaxtı Varşavada səfəri zamanı Qoslavski və digər polşalı memarların “layihələri ilə inşa edilmiş binaların bu gün də Bakıya gözəllik verən memarlıq nümunələri olduğunu” bildirmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...