Bakının bu ərazilərində işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakının Qaradağ rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilir ki, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma işləri ilə əlaqədar noyabrın 6-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Qaradağ rayonu Qobustan qəsəbəsinin bir hissəsində və Ələt bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib?
Gəncədə fabrik ərazisində qanunsuz olaraq 12 fərdi yaşayış evinin tikildiyi iddia olunur. BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə müraciət...