Bakının bəzi ərazilərində işıq olmayacaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
"İyunun 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Mehdi Abbasov, Əzim Əzimzadə, Şirin Mirzəyev, Məmməd Səid Ordubadi, Əlif Hacıyev küçələrinin bəzi hissələrini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq" , - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulun mərkəzləşdirilmə məqsədi rüşvətlə mübarizədir - Nazir
Müəllimlərin işə qəbulun mərkəzləşdirilmə məqsədi şəffaflıq və rüşvətlə mübarizədir. BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Bey...