Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq
Paytaxtın Yasamal rayonunda elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 15-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy Zərdabi küçələrinin, eləcə də MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Nizami rayonunda Nizami Abdullayev və Qurban Sadiq küçələrinin bir hissəsində məhdudiyyət yaranacaq.
Həmçinin Xəzər rayonu Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Oxşar xəbərlər
Biləcəridə hər gün qəza riski: Sürücülər təhlükə ilə üz-üzə
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ndə mart ayında yağan güclü yağışlar nəticəsində daş hasar qəzalı vəziyyətə düşüb. Hadisədən xeyli vaxt keçməsinə ba...