Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub.
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Məlumata əsasən, saat 09:05 və 18:40-a planlaşdırılan iki reys təxirə salınıb.
Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.
Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.
Oxşar xəbərlər
AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir
Novruz bayramının gəlişi ilə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdim edir. BAKU.WS bu bar...