Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib - YENİLƏNİB

Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib - YENİLƏNİB
Sosial 2

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

***19:22

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana dörd reys gecikir.

BAKU.WS Report-a istinadən xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı olan J2-253, 16:40-da uçmalı olan J2-255 və 19:00-da uçmalı olan J2-265 reysləri təxirə salınıb.

***17:20

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana üç reys gecikir.

BAKU.WS Report-a istinadən xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı J2-253 və 16:40-da uçmalı J2-255 reysləri təxirə salınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər