Bakıda yol problemi: "İki aydır yolu qazıblar, düzəltmirlər"

Bakıda yol problemi: İki aydır yolu qazıblar, düzəltmirlər
Sosial 89

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Yavar Əliyev küçəsinin sakinləri artıq iki aydır yol problemi ilə üzləşirlər.

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, küçədə asfalt örtüyünün yenilənməsi məqsədilə yol qazılsa da, işlər yarımçıq saxlanılıb və həmin vaxtdan bəri heç bir iş görülməyib.

Bakıda yol problemi:

"Hazırda küçənin vəziyyəti olduqca bərbaddır. Toz-dumana qərq olan yol həm piyadalar, həm də sürücülər üçün ciddi çətinliklər yaradır. Nəticədə ərazidə nəqliyyatın hərəkəti çətinləşib, sakinlərin gündəlik gediş-gəlişi xeyli məhdudlaşıb",-deyə sakinlər bildirir.

Sakinlər qeyd edir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək heç bir nəticə olmayıb.

Son xəbərlər