Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
"Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda qeyd olunur ki, icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görülür:
"Belə ki, buraxılış kartı olmayan taksi nəqliyyat vasitəsinə sifariş ötürmək yolverilməzdir. Bu barədə taksi xidməti göstərən operatorlara AYNA tərəfindən rəsmi bildiriş məktubları da göndərilib. Qeyd edək ki, sənədlərdə olan uyğunsuzluq səbəbindən bu günə qədər 202 taksinin buraxılış kartı ləğv edilib".
Orxan Hüseyn
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sənədlərin təqdim olunması üçün son tarix açıqlanıb
13 yanvar 2026-cı il saat 15:00-a qədər şagirdlərin elektron yerdəyişməsi ilə bağlı təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssi...