Bakıda "ölüm" çuxuru
13
dek
2024
23:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabuncu rayonu, Bakıxanov qəsəbəsində yolda "əjdaha" çuxur yaranıb.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, Ruhulla Axundov küçəsində yollar bərbad gündədir. Ərazidə gecələr işıqlandırma sistemi işləmir. Ərazi qaranlığa qərq olub. Bu azmış kimi, "Sürücülük məktəbi" kimi tanınan yolun düz ortasında böyük çıxır yaranıb.
Yoldan keçən maşınlar dəfələrlə ora düşüb. Bir neçə dəfə də, ərazidə qəza baş verib.
Sakinlər bildirirlər ki, bu barədə lazımı orqanlara deyilsə də, tədbir görən olmayıb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...