Bakıda köhnə avtobusların sayı nə qədərdir? - RƏSMİ CAVAB
Bakının nəqliyyat sistemində avtobuslar şəhər sakinlərinin gündəlik gediş-gəlişində mühüm rol oynayır. Minlərlə insan işə, təhsil müəssisələrinə və digər ünvanlara çatmaq üçün hər gün avtobuslardan istifadə edir.
BAKU.WS-in məlumatına görə, bu səbəbdən avtobus parkının texniki vəziyyəti, nəqliyyat vasitələrinin müasirliyi və sərnişinlər üçün yaradılan şərait ictimai nəqliyyatın keyfiyyəti baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəs hazırda Bakı üzrə avtobus parkında yeni və müasir avtobusların payı nə qədərdir? Köhnə nəqliyyat vasitələri ümumi parkın neçə faizini təşkil edir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda paytaxt üzrə yenilənməyə ehtiyac olan 600-ə yaxın avtobus var:
"Həmin nəqliyyat vasitələrinin mərhələli qaydada yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.
Nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi qarşıya qoyulan əsas hədəflərdən biridir. İstifadəyə verilən "brutto müqavilə" mexanizmi bu proses daha da sürətləndirəcək. Hazırda paytaxtda cəmi 14% avtobusun nağdsız ödənişə keçməyi qalıb".
Qeyd edək ki, cari ildə avtobus parkının genişləndirilməsi nəticəsində artıq sentyabr ayının sonu 2500-dən çox avtobusun xidmət göstərməsi nəzərdə tutulur.
Orxan Hüseyn
Oxşar xəbərlər
AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azər...