Bakıda "İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən açıqlamada bildirilir ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində "İdrak" liseyində baş verib. Liseydə təhsil alan 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı odlu silahdan atəş açaraq güllələyib.
Ş.Kamilova Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Azərbaycanlı zəvvarların növbəti qrupu Məkkəyə çatıb
Üçüncü və dördüncü zəvvar təyyarələrindəki zəvvarlar Məkkə şəhərinə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin m...