Bakıda dəhşətli qəza - Ölən və yaralılar var
06
avq
2025
19:40
Bakı şəhəri Xəzər rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə bildirilib ki, avqustun 6-da saat 17:30 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində "Ford" və "Range Rover" markalı avtomobillər toqquşub.
Nəticədə "Ford" markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Göyüşlü Ləman Elçin qızı hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.
Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanmasından yaranan tüstülənmədən 18 nəfər zəhərlənib. Şirvan-Salyan Regional Təhsil İ...