Rəhman Hacıyev: "Qarabağın dirçəlişi ilə bağlı kitabı fərqləndirən əsas xüsusiyyət məzmunun hibrid formada təqdim olunmasıdır"
"Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabı Qarabağın tarixini, azad olunmasını və bərpa prosesini mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimat mərasimində fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
O bildirib ki, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin, həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır:
"Kitab Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan tanınmış britaniyalı yazıçı Qrem Vilsonun dərin analitik yanaşmasını və bənzərsiz hekayəçilik bacarığını özündə birləşdirir.
500-ə yaxın səhifəni əhatə edən "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" sadəcə bir kitab deyil - mətn, fotoşəkillər və interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş, Qarabağın dirçəliş hekayəsini oxucunun qarşısında bütün rəngləri ilə canlandıran bir salnamədir".
R.Hacıyev vurğulayıb ki, yaxın gələcəkdə kitab Azərbaycan dili ilə yanaşı, rus və türk dillərində həm çap, həm də elektron kitab formatında buraxılacaq:
"Kitabı fərqləndirən əsas xüsusiyyət məzmunun hibrid formada təqdim olunmasıdır".
Oxşar xəbərlər
Qadınların pensiya artımı ilə bağlı YENİ AÇIQLAMA
"Pensiya məbləği birbaşa pensiya kapitalı ilə bağlıdır. Yəni vətəndaşın pensiya kapitalı çoxdursa, pensiya məbləği də çox olur. Eyni zamanda pensiya kapitalı az...