"Biləcəri" bazarında monitorinq keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şəhərtipli qəsəbə, M.S.Ordubadi küçəsi, 7A ünvanında fiziki şəxs Məmmədov Rauf Vaqif oğluna məxsus "Biləcəri" ərzaq bazarında monitorinq aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, monitorinq zamanı bazarda texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Aparılan monitorinq nəticəsində balıqların, süd və turşu məhsullarının soyuducudan kənarda üzəri açıq şəkildə, saxlanma şəraitinə və temperatur rejiminə əməl edilmədən satışa çıxarıldığı, bazarda yüksək riskli məhsulların (ət və süd) müşayiətedici sənədlərinin olmadığı, konservləşdirilmiş məhsulların etiket məlumatlarının qeyd edilmədiyi aşkarlanıb. Həmçinin işçilərin xüsusi geyim ilə təmin olunmadığı müəyyən edilib.
Nöqsanlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, satıcılara qanunvericiliyin tələbləri izah olunub.
Oxşar xəbərlər
Quba sakini: "Burada həmişə yol olub, amma artıq 10 ildir zəbt edilib"
Qubanın İdrisqışlaq kəndində yaşayan bir qrup sakin illərdir yol sarıdan çətinliklə üzləşirlər. Onların iddiasına görə, vaxtilə istifadə etdikləri yol bir neçə...