Yerli əhali üçün otellərin qiyməti daha ucuz olsun - YENİ TƏKLİF

Yerli əhali üçün otellərin qiyməti daha ucuz olsun - YENİ TƏKLİF
Açıqlama
Sosial 89

"Ölkədə otellər mövcud qiymət təkliflərini tələbə uyğun olaraq formalaşdırır. Hazırda qiymətlər dünya otel biznesi ilə müqayisədə bəzi hallarda uyğunluq təşkil etmir, daha çox yüksək təkliflər olur. Bu da ərəb ölkələri ilə olan münasibətlərdən irəli gəlir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Vüqar Oruc həmçinin vurğulayıb ki, otel qiymətlərini yerli əhali üçün daha əlçatan etmək mümkündür:

"Otellər qiymətləri düşüncəsinə və maraqlarına görə formalaşdırmırlar. İlk növbədə həmin qiymətlərə tələb olduğuna görə o cür tariflər müəyyənləşir. Düzdür, bu qiymətlər ölkə vətəndaşlarının büdcəsinə uyğun olan tariflər deyil. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır.

Yerli əhali üçün otellərin qiyməti daha ucuz olsun - YENİ TƏKLİF

Hesab edirəm ki, Türkiyədə olduğu kimi yerli vətəndaşlara fərqli tariflər təklif oluna bilər. Türkiyədə xarici vətəndaşlara fərqli tariflər təklif edilir. Yerli vətəndaşlar ölkənin bir hissəsindən digərinə işgüzar məqsədlə səfər edirsə və müvəqqəti otellərə müraciət edirsə, ona daha aşağı qiymət təklif olunur. Amma xarici vətəndaşlar üçün tamamilə fərqli qiymətlər olur.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda 30 ildən artıq işğal altında olan ərazilər azad olunub və otel biznesinin ən yüksək səviyyədə inkişafı məhz həmin regionlarda mümkündür. Belə bir alternativlər meydana gəlsə və həmin ərazilərdə otel biznesi inkişaf etsə, düşünürəm ki, şəhərin mərkəzində və digər regionlarda olan otellərin qiymətində müəyyən stabilləşmə baş verə bilər".

Orxan Hüseyn

Son xəbərlər