Qadınların pensiya artımı ilə bağlı YENİ AÇIQLAMA
"Pensiya məbləği birbaşa pensiya kapitalı ilə bağlıdır. Yəni vətəndaşın pensiya kapitalı çoxdursa, pensiya məbləği də çox olur. Eyni zamanda pensiya kapitalı azdırsa, buna uyğun pensiya məbləği də az olur".
Bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, fərqli pensiya alanalarla bağlı məsələ pensiya kapitalı ilə bağlı müəyyənləşmiş məbləği ilə deyil, xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlıdır:
Bu şəxslərlə bağlı yeni qaydalar tətbiq olunur və onların pensiya məbləğlərinə təsir göstərir.
Milli Məclisdə büdcə müzakirələri zamanı təklif edilib ki, qadınların pensiya məbləği ilə bağlı fərqli yanaşma tətbiq olunsun. Çünki rəsmi statistikaya görə, qadınların əməkhaqqı kişilərlə müqayisədə azdır. Yəni qadınların əməkhaqqı kişilərin məvaciblərinin təxminən 67 faizini təşkil edir.
Bu, o deməkdir ki, qadınların maaşları az olduğuna görə onların pensiya kapitalları da az olur və pensiyaya çıxan zaman aldıqları məbləğ də yüksək olmur. Əgər 67 faizi əsas götürsək, qadınların pensiya kapitalı ilə bağlı 33 faizlik fərq yaranır.
Buna görə, pensiya kapitalına uyğun pensiya müəyyənləşdirən zaman digər keyfiyyət meyarları və əmsallarından istifadə edilməsini təklif edirik. Qadınların pensiya kapitalı pensiya yaşı tamam olan zaman xüsusi əmsala vurulmasının tərəfdarıyıq. Bu, ona gətirib çıxaracaq ki, həmin vətəndaş pensiyaya çıxan zaman onun pensiya məbləği əslində pensiya kapitalı müəyyənləşdirilən məbləğə nisbətən 33 faiz daha çox olacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Rəhman Hacıyev: "Qarabağın dirçəlişi ilə bağlı kitabı fərqləndirən əsas xüsusiyyət məzmunun hibrid formada təqdim olunmasıdır"
"Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabı Qarabağın tarixini, azad olunmasını və bərpa prosesini mətn, fotoşəkillər, eləcə də rəsmi şəxsləri...