Bakıda bağça müdiri COVID-19-a yoluxan işçilərini işə çıxarır? - AÇIQLAMA

Bakıda bağça müdiri COVID-19-a yoluxan işçilərini işə çıxarır? - AÇIQLAMA
Sosial 239

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 117 saylı bağçanın müdiri Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxararaq karantin qaydalarını sərt şəkildə pozması barədə iddialar səsləndirilib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsi sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxduğunu təsdiqləyib:

“Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə qrup iki həftəlik karantinə bağlanıb. Həmin qrupdakı müəllim, texnik işçi və uşaqlar da evə buraxılıb. Bağça dezinfeksiya olunub”.

İdarədən qeyd edilib ki, bağçanın direktoru Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər