Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze “Forbes” jurnalına müsahibəsində bildirib.
O deyib ki, Bakı və Tbilisi arasında qatar reyslərinin bərpasının dəqiq vaxtı daha sonra açıqlanacaq.
Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. 2021-ci ildə Gürcüstan dəmir yolu ilə sərnişin daşımalarını yalnız Ermənistan istiqamətində bərpa edib.
Oxşar xəbərlər
Bayram günləri Bakı-Sumqayıt elektrik qatarı bu qrafiklə işləyəcək - CƏDVƏL
Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarlarının hansı qrafik üzrə hərəkət edəcəyi açıqlanıb. Azərbaycan Dəmir Yolları QSC-dən BAKU.WS-ə verilən məlumata g...