Bakı sakinlərinə şad xəbər

Bakı sakinlərinə şad xəbər
Sosial 3802

 

"Bakıda marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək".

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, bu məqsədlə sentyabr ayında Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək.

M.Abbasov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yararsız avtobusları istismara buraxmayacaq: "Yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir. Standartlara cavab verməyən marşrut avtobusları xətlərdən yığışdırılacaq".

BAKU.WS

Oxşar xəbərlər

Taksi və avtobuslarla bağlı monitorinq aparılacaq

Taksi və avtobuslarla bağlı monitorinq aparılacaq

Bakı Nəqliyyat Agentliyi taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparacaq. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Bakı...

1744 Sosial 14:51 15 avqust 2016

Son xəbərlər