Bakı Bulvarında yeni festival başlayır
İyunun 1-dən etibarən Dənizkənarı Milli Parkda növbəti irimiqyaslı festivala start verilir. Bakı Bulvarı iki ay ərzində şəhərin ən rəngarəng, ən dadlı və ən əyləncəli məkanına çevrilir.
BAKU.WS xəbər verir ki, bu dəfə Bakı Bulvarının ənənəvi yarmarka məkanı "CandyFest" yay festivalı üçün xüsusi olaraq hazırlanıb.
Yayın ən müxtəlif dadlarını, rənglərini və əhvalını əks etdirən CandyFest iyul ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq.
Festival hər yaşdan olan qonaqlara unudulmaz təəssüratlar yaşadacaq: müxtəlif mövzulu və rəngarəng dizayna malik satış köşklərində yayın ən müxtəlif dadları, əyləncə və oyunlar, canlı tamaşalar və s. ziyarətçilərə təqdim olunur.
Hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil ediləcək.
CandyFest-də əsas diqqət çəkən məqamlarından biri buradakı 1500 nəfərlik açıq hava amfiteatrıdır. Burada ilk dəfə olaraq ziyarətçilərə su sirki və möhtəşəm şou təqdim olunur. Xüsusi vizual həllər və musiqi müşayiəti ilə təqdim olunacaq proqram hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə ərzində izləyiciləri fərqli bir dünyaya səyahətə aparacaq. Saat 23:00-dan etibarən isə su sirki böyüklər üçün xüsusi musiqili proqramlarla davam edəcək.
Festivala giriş sərbəstdir. Axşam saatlarında açıq hava amfiteatrında keçirilən su sirki şoularına biletləri iticket.az və şəhərin kassalarından əldə etmək mümkündür.
Oxşar xəbərlər
Fərqli mədəniyyətləri birləşdirən körpü: Qubadakı tarixi abidədən REPORTAJ
Qubada yerləşən unikal quruluşa malik tarixi abidələrdən biri də Tağlı körpüdür. Bu körpü həm də multikultural harmoniya daşıyır. BAKU.WS xəbər verir ki bu barə...