Bakı Bulvarında məşhur attraksion TƏMİR EDİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı bulvarında yerləşən "Panorama" attraksionu təmir olunacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, təmir işlərini Dənizkənarı Bulvar İdarəsi həyata keçirəcək.
Məlumata görə, layihənin ehtimal olunan dəyəri 407 610,47 manat təşkil edir.
Satınalma çərçivəsində attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsizlik sınaqlarının aparılması, profilaktik yoxlamalar və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.
Həmçinin çarxın əyləc sistemləri, hidravlik silindrləri, hərəkət mexanizmi və nasos sistemlərinə il ərzində müntəzəm texniki xidmət göstəriləcək.
Qalereya
Oxşar xəbərlər
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında noyabrın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....