Bakıda xeyli sayda yağış barmaqlıqları oğurlanıb

Bakıda xeyli sayda yağış barmaqlıqları oğurlanıb
Sosial 945

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin balansında olan yollardan xeyli sayda yağış barmaqlıqları oğurlanıb.

ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Ziya Bünyadov prospektidir. Prospektdə qısa müddət ərzində 179 ədəd barmaqlıq yoxa çıxıb.

Analoji faktlar Heydər Əliyev prospektinin "Böyük Şor yol qovşağı”ndan "Mərdəkan yol qovşağı”nadək olan hissəsində də qeydə alınıb. Burada oğurlanan yağış barmaqlıqlarının sayı 69 ədəddir.

Nobel prospektində isə yolun hərəkət hissəsinin kənarlarında yerləşən 10 ədəd yağış-kanalizasiya sisteminə aid quyuların barmaqlıqları götürülüb.

Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib. Faktla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC rəsmi olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində işlər aparılır.

BAKU.WS

 

 

 

 

 

Oxşar xəbərlər

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində, Əh...

1641 Sosial 11:52 19 sentyabr 2015

Son xəbərlər