Bakıda supermarketlərdən şok fırıldaq (FOTO)
Bakıda istehsal müəssisələrinin növbəti fırıldağının üstü açılıb.
BAKU.WS məlumat verir ki, bəzi istehsal müəssisələri istifadə müddəti keçmiş məhsulları tarixini yeniləyərək yenidən marketlərə satırlar. Bu haqda jurnalist Anar Bayramoğlu Facebook hesabında məlumat paylaşıb. O bildirib ki, aldığı xama son istifadə müddəti keçməməyinə baxmayaraq xarab çıxıb:
"Bu Xama-nın üzərindəki istehsal tarixinə baxın, məhsulun keyfiyyətinə baxın. Mayın 5-də istehsal olunan, 2 ay istifadə müddəti yazılan məhsul kiflənib. Öyrəndim ki, marketlər vaxtı keçəndə qaytarırlar. Şirkət aparır, istehsal tarixini dəyişib, yenidən satışa çıxarır. Vətəndaşlara bu cür məhsulu satmaq cinayətlə yanaşı, əxlaqsızlıqdı, vicdansızlıqdı, şərəfsizlikdi.
P.S Normal ticari qanunlarla işləyən ölkələrdə, bu hala görə şirkətin qapısına möhür vurub, məsul şəxsləri indi damlamışdılar. Bunlara cinayət işi açılmalıdır".
BAKU.WS
Oxşar xəbərlər
Səba ASC İnvestisiya təşviqi sənədi üçün müraciət edən ilk şirkətlərdən oldu
Səba şirkəti İnvestisiya təşviqi sənədi almaq üçün investisiya layihəsi ilə birgə lazım olan digər sənədləri İqtisadiyyat Nazirliyinə təqdim edib. Şirkət inves...