Azərbaycan Gürcüstanla birgə televizor istehsalına başlayır

Azərbaycan Gürcüstanla birgə televizor istehsalına başlayır
İqtisadiyyat 1274

 

Gürcüstan-Azərbaycan şirkəti "AG Telekom" televizor istehsalına başlayır.

BAKU.WS-in məlumatına görə, yeni televizorlar 2016-cı ilin aprelində istehsal olunacaq. Şirkətin direktoru Mixail Qlonti televizorun qiymətinin 180-280 ABŞ dolları civarında olacağını bildirib. 

Qlontinin sözlərinə görə, televizorlar böyük ticarət mərkəzlərində satılacaq: "Gürcü televizorları xaricdən gətirilən televizorlardan daha ucuz olacaq. 180 dollara 32 düymlük (81 santimetr) televizor almaq mümkün olacaq. 40 düymlük (101 santimetr) televizor isə 280 dollara satışa çıxarılacaq. Qiymət keyfiyyət nəzərə alındığında kifayət qədər aşağıdır", - deyə Qlonti bildirib.

Onun sözlərinə görə, gələcəkdə televizorları Avropa bazarına çıxarmaq planlaşdırılır.

"AG Telekom" şirkəti 2013-cü ildə Rustavidə açılıb. Zavod hazırda rəqəmli yayıma keçid üçün lazım olan "set top box"u istehsal edir. Həmçinin, zavodda LED-lampalar və TV-lər üçün lazım olan digər texniki avadanlıqlar istehsal olunur. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər