“Naz Lifan” 3 yeni modelin istehsalına başlayır
Naxçıvan Avtomobil Zavodu 3 yeni "Naz lifan” modelini istehsal etməyə başlayacaq.
Bu barədə zavodun direktoru Musa Abdullayev bildirib. Belə ki, zavod rəhbəri bir neçə gün əvvəl Çində olub. Onun sözlərinə görə, ilkin olaraq təklif edilən 8 modeldən 3-nün Naxçıvanda yığılması planlaşdırılır.
"Naz lifan X80” və təcili tibbi yardım avtomobili
Bunlar "Naz lifan 820”, "Naz lifan X80” və təcili tibbi yardım avtomobilidir. Avtomobillər müxtəlif opsiyalarda yığılacaq. "Naz lifan 820” 1.8 litr mühərrikli mexaniki sürət qutulu və 2.4 l mühərrikli avtomat transmissiyalı 2 versiyada buraxılacaq, "Naz lifan X80” "Cip”i isə 2.4l mühərrikli avtomot sürət qutulu olacaq. Zavod M.Abdullayev bildirib ki, yeni modellərin istehsalına aprel ayından başlanacaq: "Ehtiyat hissələri su yolu ilə daşınır. Belə ki, avtomobillərin ehtiyat hissələri gəmi ilə Şanxaya, oradan da İran vasitəsilə Naxçıvana gətirilir. Daşınma zamanı gecikmələr olmasa, yeni modellərin istehsalına aprel ayında başlanacaq”.
Yeni modellərin qiymət məsələsi
Avtomobillərin qiymətləri isə hələlik müəyyən edilməyib: "Ehtiyat hissələri Çinin müxtəlif hissələrində istehsal edilir. Lifan zavodunda bütün ehtiyat hissələri yığıldıqdan sonra avtomobilin qiyməti müəyyən edilir. Digər xərclər də əlavə olunduqdan sonra yeni "Naz Lifan”ların qiyməti məlum olacaq”. M.Abdullayev əlavə edib ki, avtomobillərin qiymət məsələsinə xüsusilə diqqət yetirilir. Qiymətlər elə müəyyən ediləcək ki, öz siniflərində satılan digər avtomobillərdən ucuz olsun. M.Abdullayev ilin sonuna kimi ilin sonuna daha 4-5 yeni modelin də istehsalına başlanacaq.
"Naz lifan”ların ehtiyat hissələri də Naxçıvanda buraxılacaq
Artıq "Naz Lifan”ların ehtiyat hissələri də Azərbaycanda istehsal ediləcək. M.Abdullayevin sözlərinə görə, ehtiyat hissələri yalnız Naxçıvanda istehsal ediləcək. Belə ki, ölkənin digər regionlarında ehtiyat hissələrinin istehsal edilməsi daşınmaz ilə bağlı əlavə xərclər yaradır və avtomobillərin qiymətinə təsir göstərdiyi üçün sərfəli deyil. Zavodun rəhbəri bildirib ki, bununla bağlı Çin tərəfindən razılıq əldə edilib. Hazırda Naxçıvan şirkətləri ilə danışıq aparılır. İlin sonuna kimi ehtiyat hissələrinin Naxçıvanda istehsalına başlanacaq.
Fins.az
BAKU.WS
Oxşar xəbərlər
Prezidentin tapşırığından sonra "Naz Lifan” iki həftəyə rekord sayda maşın satdı (FOTO, VİDEO)
"Prezident İlham Əliyevin məlum çıxışından sonra bizim avtomobillərin satışı kəskin artıb. Təxminən iki həftə ərzində 60-a yaxın "Naz Lifan” maşınları satılıb"....