Prezidentin tapşırığından sonra "Naz Lifan” iki həftəyə rekord sayda maşın satdı (FOTO, VİDEO)

Prezidentin tapşırığından sonra Naz Lifan” iki həftəyə rekord sayda maşın satdı  (FOTO, VİDEO)
Video
Video 4048

 

"Prezident İlham Əliyevin məlum çıxışından sonra bizim avtomobillərin satışı kəskin artıb. Təxminən iki həftə ərzində 60-a yaxın "Naz Lifan” maşınları satılıb".

Bunu BAKU.WS-ə Naxçıvanda istehsal edilən "Naz Lifan” maşınlarının Bakıdakı satış ofisindən bildiriblər. Verilən məlumata görə, xüsusilə dövlət orqanlarından sifarişlər çoxdur: "Qurumlardan gəlib avtomobil sifarişi verirlər. Daha çox Naz Lifan X60 və Naz Lifan 720 modeli satılır". 

Adı çəkilən avtomobillərdən Naz Lifan 720 modelinin satış qiyməti 11 min 500 manatdır. Üstəlik 2000 Azn ilkin ödəniş, aylıq 373 Azn olmaqla ödəniş şərtlərilə avtomobili əldə etmək mümkündür. 

Naz Lifan X60 modeli isə 14.000 Azn-dən başlayan qiymətlərlə, 2000 Azn ilkin ödəniş olmaqla təklif olunur. 150.000 km və ya 3 illik zəmanət verilir. Mətbuatda yayılan məlumatlara görə, yüksək vəzifəli məmurlara bu avtomobillər xüsusi kredit şərtləri ilə satılır. Avtomobil almaq istəyən məmur 1000 manat ilkin ödəniş və aylıq 150 manat ödəməklə avtomobil sahibi ola bilir. 

Naz Lifan X60 modeli 

"Naz Lifan”dan ucuz kredit kampaniyası söz-söhbətinə də aydınlıq gətirilib. Bildirilir ki, yayılan məlumatlar əsassızdır: "Avtomobillərin ümumiyyətlə kreditlə satışı banklarda olan mövcud problemlərlə əlaqədar olaraq hələlik dayanıb. Ancaq buna baxmayaraq alıcılıq qabiliyəti yaxşıdır".   

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər