Bakıda ən yüksək və aşağı əməkhaqqı verən müəssisələr
09
fev
2018
11:36
Ötən ilin 11 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,5 faiz artaraq 782,0 manat olub.BAKU.WS-in oxu.az-a istinadən verdiyi məlumata görə, sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilər ən yüksək orta aylıq əməkhaqqı alıb. Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kim daha çox maaş alır?
2017-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8 min nəfər olmuş, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət...