Bakıda məktəbdə uşaqlar ölümlə üzləşdi: sinif otağının tavanı çokdü (FOTO)
Ramana qəsəbəsi 198 saylı orta məktəbdə sinif otaqlarından birinin tavanı çökərək məktəb partalarının üzərinə tökülüb.
BAKU.WS xəbər verir ki, xoşbəxtlikdən həmin vaxt tənəffüs olduğu üçün sinif otağında heç bir şagird olmayıb. Əks halda faciə yaşanacağı qaçılmaz olardı. Ötən gün baş verən hadisə ilə bağlı Təhsil nazirliyi və Təhsil idarəsi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidməti Cəsarət Valehoğlu BAKU.WS-ə bildirib ki, məsələ ilə bağlı araşdırılma aparılır və qısa müddət ərzində həmin məktəb təmir olunacaq.
Qeyd edək ki, məktəb binası 1937-ci ildə inşa edilib. Son illər ərzində bircə dəfə də əsaslı təmir edilməyib.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
20 nömrəli məktəb köçürülür
"20 nömrəli məktəb sökülüb, yerində daha müasir, yeni və arxitektura baxımında çox gözəl bir bina inşa edilib". BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə gör...