Bakıda kameralar mindən artıq texniki baxışdan keçməyən avtomobil aşkar edib

Bakıda kameralar mindən artıq texniki baxışdan keçməyən avtomobil aşkar edib
Sosial 616
Bakı şəhərində təyin edilmiş müddət ərzində avtomobilini texniki baxışdan keçirməyən mindən artıq sürücü ilə bağlı elektron qaydada inzibati protokol tərtib edilib.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.Artıq texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə aşkar edilir və elektron qərar qəbul edilir. Sürücü və polis əməkdaşı arasında heç bir təmas olmur.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər