DYP-dən sürücülərə XƏBƏRDARLIQ
03
avq
2018
17:57
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı müraciət edib.İdarədən BAKU.WS-a verilən xəbərə görə, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-ə qədər davam edəcək. Avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.Qeyd edək ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq.Yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust - 31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən maksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.BAKU.WS
Oxşar xəbərlər
Bu sürücülər cərimələnəcək – Yol Polisindən XƏBƏRDARLIQ
İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət...