Bakıda avtomobillər ucuzlaşıb

05
okt
2017
09:17
Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyb: "Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib".Ekspert bildirib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10 % aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə elə də dəyişiklik olmayıb.V.Hüseynov vurğulayıb ki, adətən sentyabr ayından maşın bazarında aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: "Dekabr ayında bayramlarla əlaqdər aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra aktivlik yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı".BAKU.WS
Oxşar xəbərlər
Bakıda maşın bazarında SON DURUM - Qiymətlər ucuzlaşa bilər
Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də "online" maşın satışında aktivlik aşağı səviyyədə olub.BAKU.WS bildirir ki, bu barədə Trend-ə daşınmaz əm...
