Bakıda maşın bazarında SON DURUM - Qiymətlər ucuzlaşa bilər

Bakıda maşın bazarında SON DURUM - Qiymətlər ucuzlaşa bilər
Sosial 5053
Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də "online" maşın satışında aktivlik aşağı səviyyədə olub.BAKU.WS bildirir ki, bu barədə Trend-ə daşınmaz əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.Onun sözlərinə görə, avqustun sonlarında isə aktivlik, demək olar ki, sıfıra bərabər olub. Onun sözlərinə görə, alıcılıq aşağı olsa da, qiymətlər demək olar ki, stabil qalıb.V.Hüseynov bildirib ki, qiymətlərin sabit qalmasının səbəbi bazar iştirakçılarının əsasən alverçilərdən ibarət olması ilə bağlıdır: "Hazırda bazarda maşın satanların çoxu alverçilərdir. Onlar üçün də avtomobili ucuz qiymətə satmaq əlverişli deyi. Ona görə də qiymətlərdə ciddi ucuzlaşma müşahidə edilməyib".Ekspertin sözlərinə görə, sentyabrın 15-dən sonra maşın bazarında müəyyən canlanma gözlənilir, ancaq bir şərtlə ki, qiymət enməsi müşahidə olunsun: "Ənənəvi bazarda üstünlük alverçilərin əlindədir və ona görə də ucuzlaşma ehtimalı azdır, ancaq "online" maşın bazarında insanlar özləri avtomobillərini satışa çıxardıqlarına görə müəyyən qiymət azalması müşahidə olunacaq. Bu da öz növbəsində ənənəvi avtomobil bazarına da təsir edəcək".BAKU.WS

Oxşar xəbərlər

Bakıda köhnə maşınların qiyməti qalxıb

Bakıda köhnə maşınların qiyməti qalxıb

İyul ayında maşın bazarında aktivlik çox aşağı səviyyədə olsa da, ikinci əl avtomobillərin qiymətində 10-15 faiz qiymət artımı müşahidə olunub.BAKU.WS bunu Tren...

2487 Sosial 09:47 22 avqust 2017

Son xəbərlər