Bakıda avtobusların yarısı yenilənəcək
09
okt
2017
22:30
“Aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkar edilib”.BAKU.WS xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.Onun sözlərinə görə, şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib və bu istiqamətdə işlər davam etdirilir. “Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyən olunub. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində, daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən artıq avtobusu isə təmir edərək istismara veriblər. Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti vardır”, - deyə V. Kərimli vurğulayıb.Baş direktor əlavə edib ki, bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb: “Sizin təşəbbüsünüzlə Bakı şəhəri İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” MMC-yə məxsus 300 ədəd avtobusda, digər daşıyıcılara məxsus 150 ədəd avtobusda ümumilikdə 450 avtobusda, bununla yanaşı, Hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqının ödənilməsi vahid kartla həyata keçirilir”.BNA direktoru taksi fəaliyyətindən də danışıb. Onun sözlərinə görə, taksi fəaliyyətində şəffaflıq təmin olunub: “Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-10 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyən edilib və 150-nin təşkili üzrə işlər aparılır”.Baş direktor vurğulayıb ki, Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə, “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib: “Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birlikdə işlər görülür”.BAKU.WS
Oxşar xəbərlər
Prezident nazirləri toplayıb təcili iclas keçirdi
Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarş...