"Avtobus sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədilir"

Avtobus sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədilir
Sosial 1952

"Nəqliyyat sahəsində mövcud olan problemləri həll etmək üçün sürücü bazası yaratmaq lazımdır".

BAKU.WS xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, bu sektorda aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də həllini tapmayan problemlər mövcuddur: "Son baş verən yol nəqliyyat hadisələri bir çox daşıyıcıların istehsalat bazasının olmamasını göstərir. Daşıyıcı müəssisələrin istehsalat bazasının olmaması avtobusların texniki, sürücülərin isə tibbi müayinəsinin həyata keçirilməsində problem yaradır. Standartlara cavab verən istehsalat bazalarının olması müəssisənin keyfiyyətli işinə təminat verir. Standartlara cavab verən istehsalat bazası olan daşıyıcı müəssisələrin işi daha rahat şəkildə təşkil olunur. Belə ki, onlar özləri xəttə buraxmamışdan əvvəl həm avtobusları texniki müayinədən keçirir, həm də sürücüləri. Hazırda bununla bağlı daşıyıcılarla danışıqlar aparılır. İlk növbədə bu işin üzərində çalışmaq lazımdı. Daha sonra sürücülərin peşəkarlığını artırmaq üçün xüsusi kurslar təşkil olunacaq".

M.Abbasov bildirib ki, bir sıra daşıyıcılar yeni avtobuslar alıb: "Onlar artıq Agentliyə yeni avtobusları almaları ilə bağlı məktubla muraciət ediblər. Həmin müəssisələr məktublarında vurğulayıblar ki, yeni avtobusları çıxarmaq üçün xətlər yoxdur. Hazırda yeni xətlərin müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirilir".

BNA rəsmisinin sözlərinə görə, bəzi sürücülər işdən sonra avtobusları istehsalata bazasında saxlamalı olduğu halda, yaşadığı yerlərin yaxınlığında saxlayır: "Bəzi sürücülər nəqliyyat vasitələrini küçələrdə, binaların arasında saxlayırlar. Əməkdaşlarımız onların şəklini çəkib və bu məsələ tərəfimizdən nəzarətə götürülüb.

Sərnişin daşınma sahəsində mövcud olan problemlərə toxunan direktor müşaviri onu da vurğuladı ki, 64 saylı marşrutu istismar edən müəssisəyə bildirilən iradlardan sonra nəticəsini tapib: "Bu müəssisənin artıq qarajları var. Avtobuslar qarajlarda saxlanılır. Bəzi daşıyıcılar hətta 8 saat əvəzinə 14-15 saat sürücüləri çalışdırır. Bu kimi halların aradan qaldırılması üçün sürücü bazasının yaradılmadına ehtiyac var".

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər