Bakı ilə Minvodı arasında sürət qatarı işləyə bilər
23
avq
2018
18:34
“Rusiya Dəmir Yolları” Minvodı ilə Bakı arasında “Lastoçka” sürət qatarlarını işə sala bilər.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, şirkət lazımi infrastruktur hazırlığından sonra bununla bağlı layihənin müzakirəsini nəzərdə tutub.Stavropol və Dağıstandan keçəcək sürət qatarlarının regionda turist axınını gücləndirməsi gözlənilir.Məlumata görə, Rusiyanın Şimali Qafqaz İşləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu Mineralnıe Vodı - Bakı sürət qatarının buraxılması üzrə yol xəritəsi hazırlayır. Layihənin əsas məqsədi sərnişinlərin Bakıdan Minvodıya daha tez və rahat çatmasını təmin etməkdir.Sürət qatarı işə düşərsə, Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatmaq mümkün olar.BAKU.WS
Oxşar xəbərlər
Ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları artırılır
27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.“Azərbaycan Dəmir Yolları”...