Qatarla Bakıdan Gəncəyə 4 saata getmək mümkün olacaq - VİDEO
03
noy
2017
23:28
Gələn ildən etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsi ilə cəmi 4 saata çata biləcəklər. Bunun üçün hazırda dəmir yolu xətlərinin bərpası, yeni qatarların sifarişi məsələləri həll edilir. BAKU.WS xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə eksklüziv açıqlamasında ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Cavid Qurbanov əlavə edib ki, 2019-cu ildə isə surət qatarları ilə vaxt itirmədən birbaşa "Qırmızı körpü" Sərhəd-Keçid Məntəqəsinə qədər gedib çatmaq mümkün olacaq. Layihənin ikinci mərhələsi də yekunlaşdıqdan sonra bu istiqamətdə hərəkət edən vaxta iki dəfəyədək qənaət edəcəklər. Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada əsas parametr keyfiyyət və təhlükəsizlikdir. Artıq həm Türkiyə, həm də Azərbaycan dəmri yolu xəttində hərəkət edə bilən vaqon və lokomotivləri sifariş verib. Tariflər haqqında danışmaq isə hələ tezdir. Amma istənilən halda qiymətlər digər nəqliyyat vasitələri ilə müqayisədə sərnişinlərin büdcəsinə daha uyğun olacaq. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan yüz milyardlarla dollarlıq mal keçəcək (VİDEO)
27 sentyabr tarixində prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xət...