Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq

Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq
Sosial 7825
 

Bakı-Naxçıvan dəmir yolu Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi barədə kredit sazişinin imzalanmasından 3 il sonra işə düşəcək.

BAKU.WS "Trend”ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda həmin kredit sazişinin imzalanması üçün hazırlıq işləri aparılır: "Bu marşrut üzrə qatarlar hərəkətə başlayandan sonra demək olar ki, Naxçıvanın dəmir yolu blokadası aradan qalxacaq. Saatda 60 kilometr orta sürəti nəzərə alaraq Bakıdan Naxçıvana 28-30 saata çatmaq olar”.

C.Qurbanov qeyd edib ki, bu, həm Naxçıvana turist axınını artıracaq, həm də yükdaşımalarını asanlaşdıracaq.

BAKU.WS

Oxşar xəbərlər

Dəmir yolunda qiymətlər qalxacaq

Dəmir yolunda qiymətlər qalxacaq

Dəmir yollarında qiymət artımı olacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov...

2036 Sosial 12:00 29 noyabr 2016

Son xəbərlər