Diqqətli olun: qatarların hərəkət cədvəli dəyişdi (CƏDVƏL)

Diqqətli olun: qatarların hərəkət cədvəli dəyişdi (CƏDVƏL)
Sosial 3261

Azərbaycanda sərnişin qatarları yeni hərəkət cədvəlinə keçir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, 2016-cı il üçün sərnişin qatarlarınnın yeni hərəkət cədvəlinə keçməsi ilə əlaqədar, Azərbaycan Dəmir Yollarında beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları 13 dekabrdan etibarən yeni təsdiq olunmuş cədvəl üzrə hərəkət edəcək. Belə ki, 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər; - 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə 13.12.2015-ci il tarixdən 14.04.2016-cı il tarixədək və 19.10.2016-cı il tarixdən 08.12.2016-cı il tarixədək dörd gündən bir, ayın tarixləri ilə Bakı-Mineralnıye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə; - 449/450 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 23.04.2016-cı il tarixdən 15.10.2016-cı il tarixədək, həftədə iki dəfə II və VI günləri, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə; - 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə 24.04.2016-cı il tarixdən 17.10.2016-cı il tarixədək, dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcəkdir. Bundan başqa, texniki səbəblərə görə, 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan 31.12.2015-ci il tarixdə, geriyə Moskvadan 02.01.2016-cı il tarixdə bir reys hərəkətdə olmayacaq. 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabr ayının 25-də Bakıdan yola düşəcəkdir, 2016-cı ildə isə birinci dəfə yanvar ayının 9-da Bakıdan yola düşəcək. Ölkə daxilində hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaq. Ziya Səccad

BAKU.WS

Son xəbərlər