Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ – “Diqqət etməlidirlər”

Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ – “Diqqət etməlidirlər”
Sosial 2546

"Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur. Bu o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir".

Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, mövsümü olaraq, havalar soyuduqca uşaqlarda xəstələnmə halları artır.

“Bizim xəstəxanada da müraciət edənləri sayı artıb. Lakin burada elə də narahatedici məqam yoxdur. Sentyabrın 15-dən məktəblər və digər tədris ocaqları fəaliyyətə başlayıb. Uşaq kollektivləri bir yerə yığışmağa başlayıb. Ona görə də, bir nəfər xəstələnəndə, digərlərinə də yoluxur. Ona görə də, xəstələrin sayında artım müşahidə olunur”.

Həkim deyir ki, hazırda ölkədə qorxulu virus yoxdur:

“Hazırda konkret virus, yaxud qorxulu epidemiya yoxdur. Payız mövsümünə uyğun olaraq, soyuqdəymə xəstəlikləri artır. Bu hər il baş verir.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

“Baxırsan ki, havalar isti keçir. Lakin qəfil hava dəyişir və külək əsir. Bu zaman soyuqdəymə baş verir. Tərləmək uşaqların qalın geyimilə bağlıdır. Valideynlər çalışmalıdır ki, uşaqlar havaya uyğun geyinsinlər.

İndi uşağa qalın paltar geyindirsələr, o tərləyəcək. Sonra bədəndə soyuma baş verəcək. Bu zaman da soyuqdəymə xəstəliyi yaranacaq. Buna görə də, uşaqlar hava tempraturuna uyğun geyindirilməlidirlər. Valideynlər diqqət etməlidirlər. Əgər uşaq tərləyibsə, bu zaman onun yaş paltarı quru ilə dəyişdirilməlidir”.

Ziya SƏCCADBAKU.WS

Son xəbərlər